Bank Of Baku

Gürcüstandakı hərbi əməliyyatlar nəticəsində Azərbaycandan tranzit yükdaşımalarda yaranmış fərq aradan qaldırılıb

Gürcüstandakı hərbi əməliyyatlar nəticəsində Azərbaycandan tranzit yükdaşımalarda yaranmış fərq aradan qaldırılıb
# 13 oktyabr 2008 10:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Gürcüstanda aparılan hərbi əməliyyatlar nəticəsində tranzit yükdaşımalarda yaranmış fərq aradan qaldırılıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) baş mühəndisi Qurban Nəzirov bildirib.
Baş mühəndisin sözlərinə görə, əvvəlki aylarda yükdaşımanın proqnozdan çox olması, eləcə də sentyabrın göstəricilərinin yüksək olması nəticəsində 9 aylıq ümumi nəticələr 2007-ci ilin müvafiq dövrünün göstəricisini 1,4% üstələyib.
Q.Nəzirovun sözlərinə görə, Gürcüstanda hərbi əməliyyatlar qısa müddət davam etdiyindən, alternativ marşrutlardan istifadə olunmayıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu ilə 21 mln. ton yük, 4,5 mln. nəfər sərnişin daşınıb. ADDY-nin stansiyalarından isə 13 mln. ton yük yola salınıb ki, bunun da 8,5 mln. tonunu neft və neft məhsulları təşkil edib. Azərbaycandan yüklər dəmir yolu vasitəsi ilə Gürcüstanın Poti və Batumi limanlarına, buradan isə gəmilər vasitəsi ilə (Qara dənizlə) digər ölkələrə yola salınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR