Bank Of Baku

Koreya Azərbaycanın dəmir yolunda hərəkət sürətinin artırılması layihəsinə 300 mln. dollar yatırmağa hazırdır

Koreya Azərbaycanın dəmir yolunda hərəkət sürətinin artırılması layihəsinə 300 mln. dollar yatırmağa hazırdır
# 13 oktyabr 2008 11:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) baş mühəndisi Qurban Nəzirov bildirib.
«Hazırda koreyalı mütəxəssislərlə bu layihə müzakirə olunur. Burada söhbət sürətli qatarların tətbiqi deyil, sadəcə olaraq mövcud yolda sürətin artırılması üçün əsaslı təmir işlərindən gedir», - deyə Q.Nəzirov vurğulayıb.
ADDY baş mühəndisinin sözlərinə görə, bu istiqamətdə tədbirlərin bir hissəsinin Dəmir yolunun inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 9-da Bakıda Cənubi Koreya Dəmir Yolları Şəbəkəsinin təqdim etdiyi iki layihə - «Bakı-Böyük Kəsik» layihəsinin yerinə yetirilməsi üçün Layihə Komitəsinin (Layihə İdarəetmə qrupunun) yaradılması və fəaliyyəti ilə bağlı Sazişin icmalı» və «Layihənin Maliyyə Planı» müzakirə olunub.
Qeyd edək ki, Koreya Dəmir Yolları Şəbəkəsinin mütəxəssislərinin hazırladığı layihə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) istiqamətində mövcud dəmir yolunda sürətin artırılmasını nəzərdə tutur. Koreyalıların təqdim etdiyi layihədə qatarların sürətinin mövcud 80 km/saatdan 120 km/saatadək artırılması nəzərdə tutulur.
Xatırladaq ki, cari ilin may ayının 19-da bu layihə ilə bağlı Azərbaycanla Koreya arasında müvafiq anlaşma memorandumu imzalanıb. Layihənin ümumi dəyəri ilkin olaraq 2 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR