Bank Of Baku

Azərbaycanda regional tikinti müəssisəsi satışa çıxarılıb

Azərbaycanda regional tikinti müəssisəsi satışa çıxarılıb
# 13 oktyabr 2008 13:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Gəncə Mənzil Tikinti» ASC-nin səhmlərinin 99,96%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Gəncə şəhərində yerləşən və əsas fəaliyyət növü dəmir-beton məmulatlarının istehsalı, tikinti quraşdırma işləri olan səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 697 092,8 manatdır. ASC-nin buraxılmış səhmlərinin sayı 14 348 546 ədəd, səhmlərinin növü sənədsiz adlı, nominal dəyəri isə 2 manatdır. Satışa müəssisənin ümumi nominal dəyəri 2 696 108 manat olan 1 348 054 səhmi çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak haqqı və qeyri-maddi aktivləri yoxdur.
Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 136 404,70 manat (o cümlədən, əməkhaqqı və ona bərabər borcları 1 499,80 manat), debitor borcları isə 248 948,60 manat təşkil edib.
İddiaçılar müəssisənin mövcud fəaliyyətinin bərpa edilməsi və müasir standartlara uyğun olaraq yenidən qurulmasına dair təkliflərini, həmçinin, dövlət büdcəsinə ödəniləcək 1 mln. manat vəsaitin, silinmək üçün DƏİEDK-ə təqdim olunacaq 50 min özəlləşdirmə çeki (xarici investorlar çeklərin sayı miqdarında dövlət özəlləşdirmə opisionları da təqdim etməlidir) ilə bağlı təkliflərini təqdim etməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu noyabrın 14-da başa çatacaq. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək. Müsabiqə Komissiyası tərəfindən isə təkliflərin qiymətləndirilməsinə noyabrın 19-dan başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR