Bank Of Baku

«Azerfon» şirkəti yeni regional satış və müştəri xidmətləri mərkəzi açıb

«Azerfon» şirkəti yeni regional satış və müştəri xidmətləri mərkəzi açıb
# 13 oktyabr 2008 15:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Şəki rayonunda yeni satış və müştəri xidmətləri mərkəzini istifadəyə verib. Bu barədə «APA-Economics»ə «Azerfon» MMC-dən məlumat verilib.
Şəkinin Heydər Əliyev prospekti,4 ünvanında yerləşən yeni «Nar Mobile» Mərkəzində abunəçilərə geniş çeşiddə xidmətlər göstərilir, abunəçiləri maraqlandıran bütün suallar cavablandırılır və yeniliklər haqqında məlumatlar təqdim olunur. Hazırda şirkətin Bakı, Gəncə, Şəki və Naxçıvanda 10 «Nar Mobile» Mərkəzi fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda «Nar Mobile»in Azərbaycan ərazisində 400-dən artıq rəsmi diler və distribütor mərkəzlərindən ibarət satış şəbəkəsi mövcuddur.
Qeyd edək ki, GSM operatoru olan «Azerfon» MMC şirkətinə mobil rabitə xidmətlərinin göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabr ayında lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR