Bank Of Baku

«Azercell» fakturasız xətt abonentlərinə yeni tarif paketi təklif edir

«Azercell» fakturasız xətt abonentlərinə yeni tarif paketi təklif edir
# 16 oktyabr 2008 09:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti fakturasız xətt abonentlərinə xəttin uzun müddətə açıq qalmasına və yüklənən konturları daha rahat xərcləməyə imkan verən xüsusi tarif paketi təklif etməyə başlayıb.
«Azercell»in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Acıq xətt» tarif paketində olan abonentlər kontur kartlarını yüklədikləri zaman digər paketlərə nisbətən 2 dəfə artıq istifadə müddəti əldə edəcəklər.
Yeni tarif paketi üçün 2 manatlıq yükləmə kartının istifadə müddəti 2 ay, 5 manatlıq kart üçün 4 ay, 10 manatlıq kart üçün 6 ay, 20 manatlıq danışıq kartı üçün 1 il, 40 manatlıq kart üçün 2 il olacaq.
«Açıq xətt» tarif paketində ölkədaxili bütün istiqamətlərə (həm şəbəkə daxili, həm də şəbəkə xaricindəki zənglər) zənglər üçün tarif 1 saniyəyə 1 kontur hesablanacaq.
«Açıq xətt» tarif paketinə hazırkı «SimSim» tarif paketi abonentləri avtomatik olaraq, keçə, «Bizdən Bizə» və «GəncSim» tarif paketlərinin abonentləri isə 7575-ə bunun üçün istək göndərə bilərlər. Bu tarif paketinə qoşulmaq üçün 7575-ə «acıq xətt» yazıb göndərmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR