Bank Of Baku

Yeni «Mazda3» avtomobili daha rahat olacaq

Yeni «Mazda3» avtomobili daha rahat olacaq
# 16 oktyabr 2008 12:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yaponiyanın «Mazda» şirkəti «Mazda3» avtomobilinin yeni modelinin xarici görünüşü haqqında məlumat yayıb. «APA-Economics»in məlumatına əsasən, yeni avtomobil xarici görünüşünə görə əvvəlki «Mazda3»dən bir o qədər də fərqlənməsə də, onun idman üslubda olması daha da vurğulanıb.
Bununla yanaşı, avtomobilin rahatlığı dizaynerlərin diqqət mərkəzində olub. Avtomobil istehsalçısı «Mazda3» alıcılarının səs izolyasiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, bu məqama xüsusi diqqət yetirib. Qeyd edək ki, «Mazda3» avtomobili 2,0 litr və 2,5 litr həcmində olan mühərriklə təchiz ediləcək.
Beləliklə, «Mazda3» avtomobilin sedan variantının təqdimatı noyabrın 19-da Los-Ancelesdə (ABŞ), xeçbek variantı isə dekabrın 1-də Bolonyada (İtaliya) keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR