Bank Of Baku

«Hyundai» şirkəti «Santa Fe» avtomobil modelini elektrik mühərriklə təchiz edib

«Hyundai» şirkəti «Santa Fe» avtomobil modelini elektrik mühərriklə təchiz edib
# 16 oktyabr 2008 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» şirkəti Parisdə keçirilən beynəlxalq sərgidə yeni «Santa Fe blue Hybrid» avtomobil modelini nümayiş etdirib. «APA-Economics»in məlumatına görə, avtomobil 2,4 litrlik mühərriklə yanaşı 50 kVt-lıq elektrik mühərriki ilə təchiz olunub.
«Santa Fe blue Hybrid» saatda 100 km sürətini 10,6 saniyədə yığır, bu da 2,4 ton ağırlığında olan avtomobil üçün çox yaxşı göstəricidir. Onun ekoloji və qənaətli olmasına gəldikdə isə, qeyd etmək lazımdır ki, 100 km məsafəyə yanacaq sərfi 6,2 litr təşkil edir, bir kilometrdə havaya 148 qram karbon-oksigen qazı buraxır. Bu, avtomobillər arasında aparıcı göstərici olmasa da, bu tip maşınlar üçün «Santa Fe blue Hybrid» ekoloji təmiz və qənaətli hesab oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR