Bank Of Baku

Yeni «Peugeot RC Hymotion4» avtomobili nümayiş olunub

Yeni «Peugeot RC Hymotion4» avtomobili nümayiş olunub
# 16 oktyabr 2008 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «PSA Peugeot Citroen» avtomobil şirkəti yeni «Peugeot RC Hymotion4» hibrid modelini təqdim edib. «APA-Economics»in məlumatına əsasən, avtomobil əvvəlki «Citroen Hypnos» modeli kimi dolğun ötürücü ilə təchiz olunub, lakin ir qədər fərqli quraşdırılıb. Belə ki, arxa təkərlərin ötürülməsi FAP hisə qarşı filtrlə təchiz olunan 218 at gücündə 1,6 litrlik HDi turbodizel mühərriki ilə keçirilir, ön təkərlər isə 95 at gücündə olan elektrik mühərriklə ötürülür. Avtomobil 6 pilləli ötürücü sürət qutusu ilə təchiz olunub.
Qeyd edək ki, dolğun ötürücü yüngül olmayan yeni «Peugeot RC Hymotion4» avtomobilini çox qənaətli və ekoloji təmiz etməyə imkan verib. Belə ki, 100 km-ə yanacağın sərfi cəmi 4,5 litr təşkil edir və 1 km-də atmosferə cəmi 109 qram karbon-oksigen qazı buraxılır. Buna baxmayaraq, avtomobil çox sürətlidir və 100 km/saat sürətini avtomobil cəmi 4,4 saniyəyə yığır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR