Bank Of Baku

Azərbaycan paytaxtının Füzuli meydanında yerləşən yeraltı keçid gələn həftədən bağlanacaq

Azərbaycan paytaxtının Füzuli meydanında yerləşən yeraltı keçid gələn həftədən bağlanacaq
# 29 oktyabr 2008 13:23 (UTC +04:00)
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, həmin yeraltı keçiddə noyabrın 3-dən etibarən bütün istiqamətlərdə giriş və çıxışa məhdudiyyət qoyulacaq. Bununla bağlı Nəqliyyat Nazirliyi yeraltı keçiddə ticarətlə məşğul olan iş adamlarına bir ay öncə xəbərdarlıq edib ki, həmin ticarət obyektləri fəaliyyətini digər yerlərdə davam etdirsin.
Nazirlikdən həmçinin bildirilib ki, yeraltı keçidin təmir işlərini Nazirliyin sifarişi ilə Azərbaycanın «Sanur Holding» şirkəti aparacaq. Keçiddə eskalatorların quraşdırılması da nəzərdə tutulub. Yeraltı keçidin yenidən gələn ilin mart-aprel aylarında istifadəyə verilməsi planlaşdırılır: «Keçid istifadəyə veriləndən sonra burada ticarət obyektləri üçün yer ayrılacaq, lakin bundan sonra ticarət indikidən fərqli olaraq mütəşəkkil şəkildə aparılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR