Bank Of Baku

İpək yolunun Qazax rayonundan keçən hissəsi bərpa olunur

İpək yolunun Qazax rayonundan keçən hissəsi bərpa olunur
# 03 noyabr 2008 23:51 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı-APA. Tikintisinə bu ilin may ayında başlanan Qazax-Gürcüstan magistral yolun 10 kilometrliyində torpaq işləri tamamlanıb. Yolun 4-cü kilometrində isə asfalt işləri aparılır. Magistral yolda tikinti mühəndisi Fərhad Əliyev APA-nın Qərb bürosuna bildirib ki, 36 kilometr uzunluğunda olan yolun eni 9 metr olacaq. İkinci dərəcəli köhnə yolun bərpası ilə yanaşı həmin yolda 3 körpü və bir su ötürücüsünün inşa olunması planlaşdırılır. Yeni körpülər Salahlı, İncəsu və Birinci Şıxlı kəndləri ərazisində tikiləcək. 36 kilometr uzunluğunda olan Qazax – Gürcüstan magistral yolunda işlər 2009-cu ilin ortalarında yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR