Bank Of Baku

«Azərpoçt»da Müsabiqə Komissiyası yaradılıb

«Azərpoçt»da Müsabiqə Komissiyası yaradılıb
# 03 noyabr 2008 14:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsində (DM) «Ən peşəkar əməliyyatçı» və «Ən peşəkar poçtalyon» müsabiqələrinin keçirilməsi ilə əlaqədar Müsabiqə Komissiyası yaradılıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müsabiqənin başlıca məqsədi «Azərpoçt» DM-nin struktur tərkibinə daxil olan filiallarda poçt sahəsində bilik və bacarığı ilə fərqlənən, sənətinin sirləri ilə yaxından tanış olan, digər işçilərin öyrədilməsində fərqlənən əməliyyatçı və poçtalyonun müəyyənləşdirməkdir. Poçt filialları tərəfindən təqdim edilmiş namizədlərin seçilməsi «Poçt rabitəsi qaydaları»na uyğun həyata keçiriləcək.
Qaliblər «Azərpoçt» DM-nin «Fəxri Fərman»ı ilə təltif ediləcək. Müsabiqədə 1-ci yer üçün 100 manat, 2-ci yer üçün 80 manat və 3-cü yer üçün 60 manat mükafat müəyyənləşdirilib.
Qeyd edək ki, müsabiqə rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramı gününün qeyd olunmasına həsr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR