Bank Of Baku

KfW Azərbaycanın dəmir yolu nəqliyyatının inkişafına vəsait ayırmağa hazırdır

KfW Azərbaycanın dəmir yolu nəqliyyatının inkişafına vəsait ayırmağa hazırdır
# 03 noyabr 2008 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya İnkişaf Bankı (KfW) Azərbaycanın dəmir yolu nəqliyyatı təsərrüfatının inkişafına vəsait ayırmağa hazırdır. Bu barədə «APA-Economics»ə KfW-nin Bakı ofisinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.
N.Abdullayevin sözlərinə görə, hazırda KfW ilə Azərbaycan hökuməti arasında ümumiyyətlə ölkənin nəqliyyat sektorunda əməkdaşlığa dair danışıqlar aparılır: «Azərbaycan hökuməti tərəfindən Dəmir yolunun inkişafı Dövlət Proqramı qəbul olunandan sonra KfW bu sahənin inkişafı üçün maliyyə vəsaiti ayırmağa hazırdır».
Qeyd edək ki, bundan bir qədər öncə KfW Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) lokomotiv və vaqon parkının yeniləşdirməsi üçün maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirib. Artıq yaxın vaxtlarda Dəmir yolunun inkişafı Dövlət Proqramının qəbul olunması gözlənilir. Ümumiyyətlə, bu Proqramın icrası 1,5 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir və KfW maliyyələşdirmədə digər ptensial tərəfdaş-donorlarla iştirak etməyə hazırdır.
KfW tərəfindən ADDY-nın lokomotiv və vaqon parkının modernləşdirilməsi üçün hansı həcmdə vəsait ayıracağı hələ dəqiqləşdirilməyib və bu məsələ danışıqlardan sonra müəyyənləşəcək. Bankdan həmçinin qeyd ediblər ki, KfW bütövlükdə Azərbaycanın nəqliyyat sektorunun inkişafına yardım etməyə hazırdır.
Xatırladaq ki, Azərbaycan dəmir yolunun inkişafı Dövlət Proqramı 2009-2013-cü illər üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR