Bank Of Baku

Cənubi Koreya yeni «Hyundai Sonata» avtomobil modelinin istehsalına hazırlaşır

Cənubi Koreya yeni «Hyundai Sonata» avtomobil modelinin istehsalına hazırlaşır
# 10 noyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobil şirkəti «Hyundai Sonata»nın yeni nəslinə aid olan və «i40» kimi tanınan modelin istehsalına hazırlaşır.
«APA-Economics»in məlumatına görə, yeni model artıq 2010-cu ildə satışa çıxarılacaq. Model tam yeni platforma üzərində yığılacaq, avtomobilin xarici görkəmi isə «Hyundai Genus» (2006-cı il) konseptinə əsaslanacaq. Yeni model 1,6 litr və 2,0 litr həcmində olan benzin və dizel mühərrikləri ilə təchiz olunacaq.
Qeyd edək ki, ilk öncə yeni modelin universal, sonra isə sedan versiyası istehsal ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR