Bank Of Baku

Azərbaycan süni peyki üçün orbital mövqenin əldə edilməsinə dair Malayziya ilə danışıqlar aparır

Azərbaycan süni peyki üçün orbital mövqenin əldə edilməsinə dair Malayziya ilə danışıqlar aparır
# 24 noyabr 2008 13:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başçılığı altında nümayəndə heyəti Kuala-Lumpurda (Malayziya) səfərdədir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 22-dən başlayan səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir. Səfər müddətində Malayziyanın «MEASAT» operatoru ilə Azərbaycanın süni peyki üçün orbital mövqenin əldə edilməsinə dair danışıqlar davam etdiriləcək, peykin orbitə çıxarılması və raket daşıyıcısının seçilməsi sahəsində təcrübə mübadiləsi aparılacaq. Səfər noyabrın 28-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR