Bank Of Baku

Azərbaycanda qanunsuz tikililərlə bağlı vəziyyət araşdırılacaq

Azərbaycanda qanunsuz tikililərlə bağlı vəziyyət araşdırılacaq
# 26 noyabr 2008 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında icra olunan «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində ölkədə özbaşına və qeyri-qanuni tikililər üzrə hazırkı vəziyyət araşdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov bildirib.
A.Qaraşovun sözlərinə görə, özbaşına və qanunsuz tikililər iki qrupa bölünür. Bura zəbt olunan torpaq sahəsində yaşayış obyektinin tikintisi (özbaşına) və birmənalı olaraq yaşayış tikintisi üçün nəzərdə tutulmayan sahələrdə obyektlərin inşası daxildir.
«Layihə çərçivəsində özbaşına və qeyri-qanuni tikililərin araşdırılması, sayının müəyyənləşdirilməsi, ərazilərin dəqiqləşdirilməsi aparılacaq ki, artıq buna dair beynəlxalq tender elan olunub. Hazırda layihənin bu komponentinə dair texniki tapşırıq hazırlanır və yaxın vaxtlarda bu tapşırıq təsdiq olunacaq», - deyə A.Qaraşov bildirib.
DƏDRX-in rəisi onu da qeyd edib ki, söhbət əhalinin zorla yaşayış obyektlərindən çıxarılmasından getmir: «Söhbət araşdırmanın aparılmasından, özbaşına və qeyri-qanuni tikililərin sayının müəyyənləşdirilməsindən və bu problemin aradan qaldırılması üçün Dövlət Proqramının hazırlanmasından gedir».
Xatırladaq ki, icrasına bir il öncə başlanmış «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» təxminən 4-5 ili əhatə edir. Layihənin icrası məqsədi ilə DB-nın üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) Azərbaycan hökumətinə 20 il müddətinə 25 mln. ABŞ dolları həcmində kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR