Bank Of Baku

Sabah Bakıda TRACECA ölkələrinin nəqliyyat nazirləri xüsusi bəyanat qəbul edəcəklər

Sabah Bakıda TRACECA  ölkələrinin nəqliyyat nazirləri xüsusi bəyanat qəbul edəcəklər
# 03 dekabr 2008 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Milli Katibləri və Avropa İttifaqı ekspertlərinin iştirakı ilə iclas keçirilib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Milli katiblər dekabrın 4-də Bakıda keçiriləcək TRACECA-nın nazirlər konfransının gündəliyini, burada müzakirəyə çıxarılacaq məsələlər ətrafında son dəfə fikir mübadiləsi aparıblar. Nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycanın nəqliyyat sektorunda görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Nəqliyyat Nazirləri Konfransında «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin (ƏÇS) 10 ili: nailiyyətlər və perspektivlər», «Transavropa nəqliyyat şəbəkələrinin qonşu ölkələrə genişlənməsi, ƏÇS-nin iştirakçı-dövlətləri ilə Avropa Komissiyası arasında qarşılıqlı əlaqə və tərəfdaşlığın möhkəmlənməsində TRACECA strukturunun rolu», «Yeni imkanlar nöqteyi-nəzərindən ƏÇS-nin inkişafı və TRACECA-nın təşkilati baxımdan möhkəmlənməsi məsələləri», Yubiley Konfransının və TRACECA iştirakçı-dövlətləri nəqliyyat nazirlərinin Bəyanatının qəbulu və sonda Hökumətlərarası Komissiyanın protokolunun imzalanması planlaşdırılır.
Tədbirdə TRACECA-ya üzv ölkələrdən başqa Pakistan, İran, Əfqanıstan, Rusiya, Cənubi Koreya, Çin, Türkmənistan, Misir, Baltika ölkələri və Polşanın nəqliyyat nazirləri və ya müvafiq strukturların nümayəndələri, beynəlxalq təşkilatlardan GUAM, BMT-nin Avropa İqtisadi Komissiyası, ATƏT, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Quruma Avropa və Asiyanın 12 dövləti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR