Bank Of Baku

«CATEL» şirkətinin CDMA xidmətləri Azərbaycanın daha üç rayonunun ərazisini əhatə edib

«CATEL» şirkətinin CDMA xidmətləri Azərbaycanın daha üç rayonunun ərazisini əhatə edib
# 05 dekabr 2008 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gündən etibarən Azərbaycanın Quba, Qusar və Xaçmaz rayonlarında abunəçilər ilk CDMA operatoru olan «CATEL»in xidmətlərindən istifadə edə biləcəklər. Bu barədə «APA-Economics»ə «CATEL» şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda «CATEL»in əhatə dairəsinə Abşeron yarımadası, o cümlədən Bakı, Sumqayıt, Sənqəçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabran, Xudat, Lənkəran və Astara daxildir.
«CATEL»in yaxın vaxtlarda Tovuz, Qazax, Ağsu, Masallı, Şəki, Bərdə, 2009-cu ilin ilk yarısında isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütün Azərbaycan ərazisini əhatə etməyi planlaşdırır.
Qeyd edək ki, hazırda «CATEL»in CDMA şəbəkəsinin ümumi tutumu 50 min nömrədən ibarətdir, lakin tələbat artdıqca, CDMA şəbəkəsinin mövcud tutumunun, yeni modullar əlavə etməklə, 100 min nömrəyədək genişləndirilməsi planlaşdırılır.
«CATEL» şirkəti Azərbaycan hökuməti və ABŞ-ın «Omni-Metromedia Caspian Ltd.» (OMCL) şirkətinin iştirakı ilə 1997-ci ildə yaradılıb və 2008-ci ilin əvvəlində tamamilə özəlləşdirilib. Şirkət 2006-cı ilin əvvəlində CDMA 2000 standartında mobil xidmət göstərmək üçün lisenziya alıb, 2007-ci ilin aprel ayında yeni FONEX ticarət markasını telekommunikasiya bazarına çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR