Bank Of Baku

Şəkinin daha iki kəndinə 16 ildən sonra təbii qaz verilib

Şəkinin daha iki kəndinə 16 ildən sonra təbii qaz verilib
# 06 dekabr 2008 18:07 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Şəki RİH-dən APA-ya verilən məlumata görə, 1992-ci ildən rayonun Qırx Bulaq və Kövər Zəyzid kəndlərinə təbii qazın verilişi dayandırılıb.

Qırx Bulaq kənd bələdiyyəsinin daxili imkanları hesabına kəndin ərazisində 500 metr məsafəyə yeni qaz xətti çəkilib, köhnə qaz xətlərində təmir işləri aparılıb və Şəki Qaz İstismarı İdarəsi tərəfindən 31 abonent üçün sayğac quraşdırılıb.

Kövər Zəyzid kəndində də kənd bələdiyyəsinin daxili imkanları hesabına köhnə qaz xətləri təmir olunub və 89 abonent üçün Şəki Qİİ-i tərəfindən sayğac quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR