Bank Of Baku

İlin sonunadək Azərbaycanda «KIA» avtomobillərinin daha üç satış salonu açılacaq

İlin sonunadək Azərbaycanda «KIA» avtomobillərinin daha üç satış salonu açılacaq
# 10 dekabr 2008 06:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «KIA» avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan «KIA Motors Azerbaijan» şirkəti 2008-ci ilin sonunadək Bakı, Sumqayıt şəhərləri və Şəki rayonunda yeni avtomobil salonları açacaq. «APA-Economics»in məlumatına görə, bunu «KIA Motors Azerbaijan» şirkətinin PR və marketinq şöbəsinin direktoru İlahə Tağıyeva bildirib: «Yaxın günlərdə Bakı, Sumqayıt və Şəkidə yeni avtomobil satış salonlarını avtomobil həvəskarlarının istifadəsinə verməyi planlaşdırırıq».
İ.Tağıyeva həmçinin əlavə edib ki, yaxın illərdə Azərbaycanın bütün bölgələrində «Kia» avtomobillərinin satış salonları və servis mərkəzləri açılacaq.
Qeyd edək ki, «KIA Motors Azerbaijan» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 6, Gəncədə 2, Goranboy, Masallı və İmişlidə 1 satış və servis salonları mövcuddur. Şirkət ölkənin avtomobil bazarında «KIA»nın 13 modelini təqdim edir ki, bunların sırasında «Opirus», «Optima», «Cerato», «Rio», «Picanto», «Carens», «Carnival», «Sportage», «Sorento», «Borrego», «Mohave», «Soul» və «Ceed» mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR