Bank Of Baku

Azərbaycan «General Electric» şirkətindən təyyarə mühərrikləri alacaq

Azərbaycan «General Electric» şirkətindən təyyarə mühərrikləri alacaq
# 10 dekabr 2008 07:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) ABŞ-ın «General Electric» şirkətindən iki yeni «Boeing 767-300ER» təyyarəsi üçün CF6 80C2 mühərriklərinin alınmasına dair müqavilə imzalayıb. Bu barədə «APA-Economics» «General Electric» şirkətinin veb-saytına istinadən məlumat verib.
Müqavilənin dəyəri 40 mln. ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən, şirkət mühərriklərin tədarükünə 2010-cu ildə başlayacaq.
AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, Azərbaycan aldığı «Boeing 767-300ER» təyyarələrini CF6 80C2 mühərrikləri ilə təchiz edəcək: «Bu da bizim «General Electric» şirkətinin məhsullarına inamımızı nümayiş etdirir».
Şirkətin Yaxın Şərq, Şərqi Avropa və MDB üzrə baş direktoru Məhəmməd əl Lamadani isə bildirib ki, CF6 80C2 turbovintli mühərrikləri 150 milyondan çox uçuş saatı keçirib. Hazırda Boeing 747, 767 və MD 11, həmçinin Aerobus A300 və A310 təyyarələrində 3 700-dən çox CF6 80C2 mühərriki çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR