Bank Of Baku

Azərbaycan paytaxtı yaxınlığında yeni dəniz limanının tikinti layihəsini hazırlayacaq şirkət gələn ilin əvvəlində müəyyənləşəcək

Azərbaycan paytaxtı yaxınlığında yeni dəniz limanının tikinti layihəsini hazırlayacaq şirkət gələn ilin əvvəlində müəyyənləşəcək
# 10 dekabr 2008 12:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq yeni dəniz limanının layihəsini hazırlayacaq şirkətin seçilməsinə dair tender elan edib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
Tenderdə iştirakla bağlı artıq bu sahədə tanınmış 5 şirkətə dəvət göndərilib. Şirkətlər təkliflərini hazırlayaraq gələn ilin yanvar ayının ilk günlərində Azərbaycan hökumətinə təqdim etməlidir. Tenderin qalibi isə yanvarın 9-da elan olunacaq.
S.Məmmədovun sözlərinə görə, dəvət göndərilmiş şirkətlər Fransa, Polşa, İngiltərə və Hollandiyanı təmsil edir. Qalib elan edilən şirkət yeni dəniz limanının tikintisi layihəsini bütün mərhələlər daxil olmaqla hazırlayıb Azərbaycan hökumətinə təqdim etməlidir.
Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq limanda 11 yanalma körpüsü tikiləcək ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2011-ci ilə qədər inşa olunacaq. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq.
Qeyd edək ki, limanın ilk layihəsini Koreyanın «GS Engineering & Construction» şirkəti hazırlasa da, sonradan bu şirkət layihədən uzaqlaşdırılıb. Bunun səbəbi Koreya şirkətinin layihədə qiymətləri ilkin təqdimatdakından daha yüksək göstərməsi isə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR