Bank Of Baku

«Xalq kompüteri» layihəsi tezliklə Azərbaycan hökumətinə təqdim olunacaq

«Xalq kompüteri» layihəsi tezliklə Azərbaycan hökumətinə təqdim olunacaq
# 10 dekabr 2008 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda icra olunacaq «Xalq kompüteri» layihəsi yaxın vaxtlarda ölkə hökumətinə təqdim ediləcək. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda layihə üzərində son tamamlama işləri aparılır və yaxın gələcəkdə «Xalq kompüteri» layihəsi Azərbaycan hökumətinə təqdim olunacaq.
Qeyd edək ki, «Xalq kompüteri» layihəsinin icrasına gələn ildən başlanması nəzərdə tutulur. Layihənin əsas məqsədi əhalini güzəştli satış şərtləri ilə kompüterlə təmin etmək və istifadədə olan kompüterlərin sayını artırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR