Bank Of Baku

Azərbaycanda dəniz körpüsünün inşası layihəsi ilə bağlı koreyalı mütəxəssislər Bakıya gələcək

Azərbaycanda dəniz körpüsünün inşası layihəsi ilə bağlı koreyalı mütəxəssislər Bakıya gələcək
# 11 dekabr 2008 07:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Cənubi Koreyanın «Dong Sung Engineering» şirkətinin mütəxəssisləri «Bakı Körfəzi Dəniz Körpüsü» layihəsinin detallarını müzakirə etmək üçün Azərbaycana gələcək. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, şirkət layihənin ilkin variantını hazırlayır və müzakirələr də məhz bu istiqamətdə aparılacaq. Layihədə körpünün son dizaynı, quruluşu, texniki imkanları və s. parametrlər əksini tapacaq.
Qeyd edək ki, Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər Xəzər dənizi üzərindən salınacaq körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 13,5-15 km təşkil edəcək. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə uzunluğu 20 km-dən çox olacaq.
Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə olunacaq. Körpünün altından 40 min tona qədər dedveyti olan gəmilər keçə biləcək. Koreya tərəfi bu körpünün tikintisinə təxminən 1 mlrd. ABŞ dolları həcmində vəsait ayıracaq. Ümumilikdə, dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR