Bank Of Baku

Bu il Azərbaycanda «KIA» avtomobillərinin satış həcmi 5 dəfə artıb

Bu il Azərbaycanda «KIA» avtomobillərinin satış həcmi 5 dəfə artıb
# 11 dekabr 2008 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «KIA» avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan «KIA Motors Azerbaijan» şirkəti 2008-ci ildə avtomobillərin satış həcmini təxminən 5 dəfə artırıb.
«APA-Economics»in məlumatına görə, bunu «KIA Motors Azerbaijan» şirkətinin PR və marketinq şöbəsinin direktoru İlahə Tağıyeva bildirib: «Cari il ərzində bizim şirkət ötən illə müqayisədə «KİA» avtomobillərinin satış həcmini 4,8 dəfə artırıb. Gələn il üçün şirkətin əsas məqsədi Azərbaycan avtomobil bazarında liderliyi ələ almaqdır».
İ.Tağıyeva əlavə edib ki, hazırda dünyada müşahidə olunan maliyyə böhranının Azərbaycana da təsir edəcəyini nəzərə alaraq, «KİA Motors Azerbaijan» şirkətinin müştərilərə bütün «KİA» modellərini ilkin ödəniş 20% olmaqla 5 il müddətinə illik 19%-lə kreditə almağı təklif edir.
Qeyd edək ki, «KIA Motors Azerbaijan» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 6, Gəncədə 2, Goranboy, Masallı və İmişlidə 1 satış və servis salonları mövcuddur. Şirkət ölkənin avtomobil bazarında «KIA»nın 13 modelini təqdim edir ki, bunların sırasında «Opirus», «Optima», «Cerato», «Rio», «Picanto», «Carens», «Carnival», «Sportage», «Sorento», «Borrego», «Mohave», «Soul» və «Ceed» mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR