Bank Of Baku

Bakı və Sumqayıt susuz qala bilər - YENİLƏNİB

Bakı və Sumqayıt susuz qala bilər - <font color=red>YENİLƏNİB</font>
# 11 dekabr 2008 15:20 (UTC +04:00)
Bunun səbəbi «Azərsu» SC-nin bəzi əsas obyektlərini elektrik enerjisi ilə təchiz edən «Sumqayıtelektrikşəbəkə» ASC-yə işıq pulu borcunun yaranması ilə bağlıdır. Nəticədə, Bakı, Sumqayıt və digər regionlarda içməli və texniki su təchizatında problemlər yaranacaq. Bu barədə «APA-Economics»ə «Sumqayıtelektrikşəbəkə» ASC-dən məlumat verilib.
«Sumqayıtelektrikşəbəkə»dən bildirilib ki, 2008-ci ilin dekabr ayının 1-nə «Azərsu» SC-nin 46,416 mln. manat, cari ilin ilk 11 ayı ərzində isə 8,471 mln. manat məbləğində borcu yaranıb: «Lakin «Azərsu»nun və onun müəssisələrinə borcların ödənilməsi ilə bağlı dəfələrlə müraciət və xəbərdarlıqların edilməsinə baxmayaraq, bu istiqamətində heç bir tədbir görülməyib. Bütün bunları nəzərə alaraq, dekabrın 18-də saat 15:00-dan etibarən «Azərsu»nun müəssisələrinə məxsus nasos stansiyalarına elektrik enerjisi verilişi tam dayandırılacaq».
«Sumqayıtelektrikşəbəkə» ASC-nin rəhbərliyi vurğulayır ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də digər regionların içməli və texniki su təchizatında yarana biləcək bütün problemlərə görə məsuliyyət «Azərsu» SC-nin üzərinə düşür.
Məsələ ilə bağlı «Azərsu» SC-dən «APA-Economics»ə bildirilib ki, cari ilin 11 ayı ərzində «Sumqayıtelektrikşəbəkə» ASC-dən alınan elektrik enerjisinə görə 3,4 mln. manat vəsait ödənilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Ötən il «Sumqayıtelektrikşəbəkə»yə ödəniş 1,4 mln. manat və ya istifadə olunan elektrik enerjisinin dəyərinin 10,5%-i səviyyəsində olub. Elektrik enerjisinə görə ödəniş səviyyəsi isə 2007-ci ildəki 10,5%-dən 2008-ci ilin 11 ayında 28,2%-ə çatdırılıb.
«Azərsu»dan həmçinin bildirilib ki, «Sumqayıtelektrikşəbəkə»dən alınan elektrik enerjisinə görə aylıq ödəniş məbləği hər ay artırılraq 400 min manata çatdırılıb: «SC tərəfindən müvafiq tədbirlər proqramı hazırlanıb və bu tədbirlərin həyata keçirilməsi sayəsində aylıq ödəniş səviyyəsi daha da artırılacaq».
Həmçinin, «Azərsu» SC-dən qeyd olunub ki, elektrik enerjisi dəyərinin tam şəkildə ödənilməməsi istehlakçılar, xüsusən də onun 80%-dən çox hissəsini təşkil edən əhali tərəfindən su və kanalizasiya xidmətlərinə görə aparılan ödənişlərin səviyyəsinin aşağı olması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR