Bank Of Baku

«Azercell» Estoniya, Lüksemburq və Lixtenşteynin mobil operatorları ilə rouminq sazişi bağlayıb

«Azercell» Estoniya, Lüksemburq və Lixtenşteynin mobil operatorları ilə rouminq sazişi bağlayıb
# 11 dekabr 2008 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Estoniya, Lüksemburq və Lixtenşteynin mobil operatorları ilə GPRS/MMS rouminq sazişi imzalayıb.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, Estoniyanın «EMT», Lüksemburqun «Tanqo» və Lixtneşteynin «Tele2» operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Bu da, «Azercell»in Estoniya və Lüksemburq ilə ikinci, Lixtenşteyn ilə isə birinci rouminq müqaviləsidir. Hazırda «Azercell» abonentləri Estoniyanın «Tele 2», Lüksemburqun isə «P&T» operatorlarının xidmətindən yararlanır.
Qeyd edək ki, indiyə kimi «Azercell» 68 ölkənin mobil rabitə operatorları ilə 160 GPRS/MMS rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR