Bank Of Baku

Bakıda MDB Dövlətlərarası Mülki Aviasiya Komitəsinin iclası keçirilib

Bakıda MDB Dövlətlərarası Mülki Aviasiya Komitəsinin iclası keçirilib
# 11 dekabr 2008 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda MDB Dövlətlərarası Mülki Aviasiya Komitəsinin XXVIII iclası keçirilib.
«Azərbaycan Hava Yolları» QSC-dən «APA-Economics»ə verilən məlumata görə, iclasda müzakirə olunan əsas məsələlərdən biri maliyyə böhranı dövründə regionda təhlükəsizlik uçuşlarının təmin edilməsi olub ki, həmin məsələyə dair təhlil və tədbirlər planı hazırlanıb. Hazırlanan təhlil və tədbirlər planı iştirakçı ölkələrin hökumətlərinə göndəriləcək.
Bundan başqa, iclasda ölkələr arasında 2020-ci ilədək əməkdaşlıq prinsipləri, mülki aviasiyanın inkişaf etdirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR