Bank Of Baku

Azərbaycan paytaxtının torpaq bazarında noyabrda orta qiymət daha 1,3% düşüb

Azərbaycan paytaxtının torpaq bazarında noyabrda orta qiymət daha 1,3% düşüb
# 11 dekabr 2008 14:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin noyabr ayında Bakı şəhərində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 1,3% azalaraq 25 185 dollar/sot səviyyəsindən 24 846 dollar/sota enib. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən daha çox olub. Şəhərin mərkəzində isə torpaq sahələrinin həm qiymətinin, həm də təklifin azalması qiymətlərin real dəyərdən xeyli yüksək olması ilə izah olunur.
Əvvəlki ayla müqayisədə rayonlar üzrə qiymət artımı yalnız Suraxanı (0,9%) və Sabunçu (0,8%) rayonlarında qeydə alınıb. Yasamal rayonu üzrə isə orta qiymət dəyişməz qalıb. Qalan rayonlarda isə qiymət azalması müşahidə olunub. Ən çox qiymət azalması isə Əzizbəyov rayonunda qeydə alınıb (-1,8%).
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Qiymətlərin yüksək olması bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmentində aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Noyabr ayında IV zonada torpağın qiymətində artımın müşahidə olunmasına səbəb kimi hazırda torpaq alveri ilə məşğul olan şəxslərin məhz şəhərdən kənardakı ərazilərə üstünlük verməsi göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR