Bank Of Baku

Ötən il Azərbaycanda qəzaya uğrayan Mi-8 vertolyotunun «qara qutu»sunun məlumatları yaxın vaxtlarda açıqlanacaq

Ötən il Azərbaycanda qəzaya uğrayan Mi-8 vertolyotunun «qara qutu»sunun məlumatları yaxın vaxtlarda açıqlanacaq
# 12 dekabr 2008 07:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin oktyabr ayının 12-də Xəzərin Azərbaycan sektorunda qəzaya uğrayan Mi-8 vertolyotunun «qara qutu»sunun oxunmasının nəticələri yaxın vaxtlarda açıqlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mülki Aviasiyası Administrasiyasının baş direktoru Arif Məmmədov bildirib.
A.Məmmədovun sözlərinə görə, hazırda «qara qutu»nun oxunması başa çatmaq üzrədir və yaxın vaxtlarda həmin qutunun içindəkilər açıqlanacaq.
Qeyd edək ki, qəzaya uğrayan Mi-8 vertolyotu «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) «Azalheliokopters» müəssisəsinin balansında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR