Bank Of Baku

Azərbaycan daha 8 «Boeing» təyyarəsi alacaq

Azərbaycan daha 8 «Boeing» təyyarəsi alacaq
# 12 dekabr 2008 08:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın mülki aviasiya parkının 90%-ni ən müasir laynerlər təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mülki Aviasiya Administrasiyasının baş direktoru Arif Məmmədov bildirib.
A.Məmmədovun sözlərinə görə, yaxın 3 il ərzində ölkənin aviasiya parkı ən müasir təyyarələrlə yenilənəcək: «Hazırda aviasiya parkında olan keçmiş Sovet istehsalı olan 2-3 təyyarədən istifadə olunur. Yaxın 3 il ərzində ölkəyə daha 8 «Boeing» layneri gətiriləcək. Bununla da, aviasiya parkında Sovet texnikasından tam imtina olunacaq».
A.Məmmədov onu da qeyd edib ki, Azərbaycanda mülki aviasiya təhlükəsizliyinə tam riayət olunur. Belə ki, MDB məkanında aviasiya təhlükəsizliyinə görə Azərbaycan qabaqcıl yerlərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR