Bank Of Baku

Yaxın bir ildə Azərbaycanın öz vaxtı olacaq

Yaxın bir ildə Azərbaycanın öz vaxtı olacaq
# 12 dekabr 2008 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Gələn ilin sonundan Azərbaycanın öz vaxtı olacaq. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
R.Həsənovun sözlərinə görə, artıq Komitə tərəfindən vaxt etalonunun alınmasına dair işlər aparılır və Avropa ölkələrindən birinə sifariş verilib.
R.Həsənov gələn ildən Azərbaycan Metrologiya İnstitutunun da yaradılacağını bildirib. Artıq bu məqsədlə Komitənin mütəxəssisləri xarici ölkələrə təcrübə mübadiləsi keçməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR