Bank Of Baku

Azərbaycanda sərnişindaşımada istifadə olunan avtomaşınlara qarşı tələb sərtləşdirilir

Azərbaycanda sərnişindaşımada istifadə olunan avtomaşınlara qarşı tələb sərtləşdirilir
# 12 dekabr 2008 13:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. «Azərbaycanda sərnişindaşımada istifadə olunan avtomobil və avtobusların keyfiyyəti ilə bağlı tələblərin 2009-cu ildə daha da sərtləşdirilməsi istiqamətində addımlar atılacaq». APA-nın məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
M.Pənahovun sözlərinə görə, köhnə avtomaşınların sərnişindaşımada istifadəsinə qadağa qoyulması ilə bağlı məsələ Azərbaycanda da aktualdır: «İnsanların daşınmasında standartlara cavab verən nəqliyyat vasitələrindən istifadə edilməsi məsələsi təkmilləşdirilir və bununla bağlı müvafiq tədbirlər görülür. Ümumiyyətlə, ekoloji problemin həllinə yönələn işlər daha da artırılır. Hesab edirəm ki, 2009-cu ildə də biz tələblərin daha da sərtləşdirilməsi istiqamətində addımlar atacağıq».
Nazir müavini taksi fəaliyyəti ilə də bağlı da zəruri addımların atılacağını söyləyib: «Taksi fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Burada avtomobilin buraxılış ili əsas götürülməyəcək. Lakin bu tələblər əsasən köhnə avtomobillərə şamil olunacaq. Daha dəqiq desək, köhnə və ekoloji problem yarada biləcək avtomobillərdən sərnişindaşımada istifadəyə icazə verilməyəcək. Müasir və ya yeni avtomobillərlə taksi xidmətinə isə maneçilik törədilməyəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR