Bank Of Baku

Nazir: “Bakıda inşa olunmuş bəzi çoxmərtəbəli binalara dövlət sənədi verilməyib”

Nazir: “Bakıda inşa olunmuş bəzi çoxmərtəbəli binalara dövlət sənədi verilməyib”
# 13 dekabr 2008 12:28 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bakı şəhərində inşa olunmuş çoxmərtəbəli binaların bəzilərinə aşkar olunmuş nöqsanlara görə dövlət sənədləri verilməyib. APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazirin sözlərinə görə, bu tip binaların qaz xəttinin çəkilişi, elektrik enerjisi ilə təminatı, eləcə də layihə sənədlərində qüsurlar aşkarlanıb. Bu nöqsanlar aradan qaldırılandan sonra həmin binaların istismarına icazə veriləcək: “Ölkə başçısının sərəncamına uyğun olaraq, 2001-ci ildən sonra inşa olunmuş bütün binaların Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlili aparılıb, tikililərin dayanıqlı olub-olmaması barədə yekun rəylər hazırlanıb.
Konstruksiyalarında nöqsan aşkarlanmış binalarda bərkitmə işləri aparılacaq”.

Nazir bildirib ki, FHN-in ən müasir cihazlarla binaya müdaxilə etmədən onun konstruksiyalarını öyrənərək rəy vermək imkanı var. Nazirlik tək 2001-ci ildən bəri inşa edilən binaları deyil, ondan əvvəl tikilən binaları da yoxlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR