Bank Of Baku

Azərbaycanda İctimai İnformasiya Mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda İctimai İnformasiya Mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanır
# 15 dekabr 2008 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi «İctimai İnformasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirib. «APA-Economics»in məlumatına görə, media sahəsi üzrə ekspert Ələsgər Məmmədli «İctimai informasiya mərkəzləri (İİM) infrastrukturunun yaradılması ilə bağlı Təkliflər» adlı təqdimatla çıxış edib.
Ə.Məmmədlinin sözlərinə görə, Azərbaycanda cəmiyyətin tam bilgili olması üçün İnternet resurslarının qiyməti azaldılmalıdır. İİM ölkənin ictimai yerlərində, o cümlədən dəmir yolu vağzalında, hava limanında, poçt məntəqələrində, məktəblərdə və s. yaratmaq olar. Çünki, həmin qurumlara yenidən İnternet və telekommunikasiya xətləri çəkməyə ehtiyac duyulmur. İİM-in informasiya təminatına gəldikdə isə həmin mərkəzlərdə informasiyalar dolğun və ətraflı olmalı, daha az vaxt itkisi ilə daha çox bilgi əldə etmək şəraiti yaradılmalıdır.
Ə.Məmmədli bildirib ki, vahid informasiya portalında bütün dövlət qurumlarının İnternet resursları (məhkəmə və icra qurumları ayrı-ayrı göstərilməklə) əlifba sırası isə tədim edilməlidir. Həmçinin, bu informasiya mərkəzlərində hüquq mühafizə orqanları, əmtəə bazarında əhəmiyyətli yer tutan bütün qurumların İnternet resursları, hüquqi şəxslərin reyestri və əmlakın dövlət qeydiyyatı ilə bağlı məlumatlar əksini tapmalıdır.
Ə.Məmmədlinin sözlərinə görə, İİM-in yaradılması ilə bağlı bütün təkliflər toplanaraq hökumətə təqdim olunacaq.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz informasiya azadlığının gerçəkləşməsi üçün qanunvericiliklə yaradılması nəzərdə tutulan İctimai İnformasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud vəziyyətdən və problemlərdən danışıb. O.Gündüz həmçinin dövlət qurumaları tərəfindən elektron formada təqdim olunan xidmətlərin monitorinqin nəticələrini açıqlayıb. O.Gündüzün sözlərinə görə, monitorinq 50 dövlət qurumunun veb-resursu üzrə aparılıb və nəticədə məlum olub ki, bəzi dövlət qurumlarının saytı hələ də hazırlanmayıb. Bununla yanaşı müəyyənləşdirilib ki, 16 dövlət qurumunun İnternet saytı heç bir xidmət göstərmir və yalnız 5 dövlət qurumunun veb-resursunda qaynar xətt mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR