Bank Of Baku

Xəzərdə qəzaya uğrayan Rusiya gəmisi Bakıya gətirilib

Xəzərdə qəzaya uğrayan Rusiya gəmisi Bakıya gətirilib
# 16 dekabr 2008 09:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Nazirin sözlərinə görə, qəzaya uğrayan gəmi ekipajının xilası üçün müvafiq tədbirlər görülüb və heç bir problem yoxdur. K.Heydərov onu da qeyd edib ki, gəmi paytaxta, Bayıldakı Gəmiqayırma Zavoduna gətirilib və həmin zavodda təmir olunacaq.
Qeyd edək ki, ötən axşam Həştərxandan (Rusiya) İrana hərəkət edən «Sarmat-1» quru yük gəmisi Xəzərin Azərbaycan sektorunda mühərrikinin sıradan çıxması nəticəsində qəzaya uğrayıb. Gəmidə olan 11 nəfər ekipajdan heç biri xəsarət almayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR