Bank Of Baku

Bakıda «Müasir metodologiya əsasında daşınmaz əmlakın qiymətləndirilməsi» mövzusunda seminar keçirilir

Bakıda «Müasir metodologiya əsasında daşınmaz əmlakın qiymətləndirilməsi» mövzusunda seminar keçirilir
# 17 dekabr 2008 13:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ticarət-investisiya layihəsinə dəstək Proqramı çərçivəsində «Müasir metodologiya əsasında daşınmaz əmlakın qiymətləndirilməsi» mövzusunda seminar işə başlayıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib.
Seminarda müxtəlif dövlət qurumları, bələdiyyələr, ali təhsil müəssisələri, özəl qurumlar, bank-maliyyə təşkilatlarının nümayəndələr iştirak edir. Əmlakın qiymətləndirilməsi üzrə mütəxəssislər Cozef Ekert və Valentina Solodovnikovanın apardığı seminarın ilk günü daşınmaz əmlakın qiymətləndirilməsinin əsas prinsipləri, kompüter dəstəkli kütləvi qiymətləndirmə, bu prosesdə tətbiq edilən əsas üsullar və s. məsələlər haqqında iştirakçılara məlumat verilib. Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əmlakın qiymətləndirilməsi üzrə mütəxəssisləri də iştirak ediblər. Seminar üç gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR