Bank Of Baku

Azərbaycanda Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasnaməsi hazırlanıb

Azərbaycanda Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasnaməsi hazırlanıb
# 17 dekabr 2008 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Əsasnaməsi və fəaliyyətini tənzimləyən digər sənədlərin hazırlanması başa çatdırılıb. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Yaxın vaxtlarda qurumun Əsasnaməsinin təsdiqlənməsi və Xidmətin rəhbərliyinə təyinatların aparılması planlaşdırılır.
Qeyd edək ki, Xidmət Nəqliyyat Nazirliyinin «Avtonəqliyyatservis» Departamentinin bazasında yaradılır. Bu quruma həmçinin «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin də daxil edilməsi nəzərdə tutulur. Xidmət ölkə ərazisində avtomobil nəqliyyatı ilə bağlı tədbirlər, həmçinin nəqliyyat sistemində dövlət tənzimlənməsini həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR