Bank Of Baku

Azərbaycanda milli domenlərlə bağlı qaydalar layihəsi Koordinasiya Şurasının növbəti iclasına çıxarılacaq

Azərbaycanda milli domenlərlə bağlı qaydalar layihəsi Koordinasiya Şurasının növbəti iclasına çıxarılacaq
# 17 dekabr 2008 14:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, iclasda Şura tərəfindən hazırlanmış «Azərbaycan Respublikasında ölkə kodlu domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları» layihəsi barədə fikirlər səslənib. Bu məsələ ilə bağlı Şura üzvləri tərəfindən irad və təkliflər bildirilib. Qaydalar layihəsinin ümumən bəyənilməsi bəyan edilib.
Tədbirdə həmin sənədin növbəti toplantıda müzakirə edilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR