Bank Of Baku

Azərbaycanlı iş adamı Sankt-Peterburqda 80 milyon dollarlıq 25 mərtəbəli yaşayış binası tikəcək

Azərbaycanlı iş adamı Sankt-Peterburqda 80 milyon dollarlıq 25 mərtəbəli yaşayış binası tikəcək
# 17 dekabr 2008 14:49 (UTC +04:00)
Bakı. Zaur Nurməmədov-APA. “Konrad” qrupuna daxil olan “Petrovski stroitel” şirkəti Sankt-Peterburqun şimalında 80 milyon dollar dəyərində yaşayış binası tikəcək. APA-nın məlumatına görə, şirkətin prezidenti Azərbaycan diasporunun liderlərindən Vaqif Məmişovdur. Layihənin 2009-cu ilin sonlarına kimi gerçəkləşməsi nəzərdə tutulub. Artıq bu məqsədlə Primorskoye rayonunda 1,5 hektar ərazi uzunmüddətli icarəyə götürülüb. 25 mərtəbəli binanın ümumi yaşayış sahəsi 40,7 min kvadrat metrdir. Şİrkət layihənin reallaşdırılması zamanı ilk dəfə olaraq yeni maliyyələşdirmə sistemindən istifadə edəcək. Yaşayış binasında mənzil almaq istəyən şəxslərin adına Rusiya Əmanət Bankında şəxsi hesab açılacaq və müştəri pulu bank hesabına köçürəcək. Bina tam təhvil verilməmiş pullar şirkətin hesabına köçürülməyəcək. Bu, yaşayış binasının Əmanət Bankının vəsaitləri və şirkətin öz maliyyə imkanları hesabına tikilməsi deməkdir. Ekspertlərin fikrində “Petrovski stroitel” şirkətinin binanı müştərilərinin deyil, öz hesabına tikməsi rəqabətə davam gətirmək baxımından uğurlu seçimdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR