Bank Of Baku

Dünyanın ən bahalı İKT şirkətlərinin yarısı Azərbaycanda fəaliyyət göstərir

Dünyanın ən bahalı İKT şirkətlərinin yarısı Azərbaycanda fəaliyyət göstərir
# 18 dekabr 2008 08:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya İKT sektorunda çalışan ən bahalı şirkətlərin yarısı Azərbaycanda fəaliyyət göstərir. «APA-Economics»in məlumatına görə, bunu İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib.
F.Kazımovun sözlərinə görə, dünyanın 20 ən bahalı İKT şirkətlərinin reytinqi «CNews Analytics» şirkəti tərəfindən açıqlanıb. Həmin reytinqdə təmsil olunan «Microsoft», «Cisco Systems», NR, IBM, «Apple Computer», «Intel», «Oracle», «Google» və «Nokia» kimi şirkətlər bu və ya digər səviyyədə Azərbaycanda fəaliyyət göstərir. Reytinqdəki digər dünya liderləri (Azərbaycanda fəaliyyət göstərməyənlər) isə mobil və simli rabitə operatorlarıdır.
«Bu, Azərbaycanın İKT sahəsində böyük potensialının sübutudur. Bununla belə, Azərbaycanda təmsil olunan şirkətlərin bəziləri müxtəlif dövlət miqyaslı layihələrdə iştirak etməklə, hökumət qurumları ilə tərəfdaşlıq edir. Əgər Azərbaycan hökuməti İKT-nin müxtəlif sahələrdə tətbiq olunmasına istiqamətlənən kursunu davam etdirərsə, həmçinin insan resursları və yüksək texnoloji məhsullara əsaslanan yeni iqtisadiyyatı sistemli şəkildə yaradarsa, o zaman Azərbaycana gəlmiş şirkətlərin sayı dəfələrlə artacaq», - deyə F.Kazımov bildirib.
Qeyd edək ki, reytinqə «Microsoft» korporasiyası başçılıq edir. İlk beşliyə həmçinin «China Mobile», «AT&T», «IBM» və «Cisco Systems» şirkətləri daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR