Bank Of Baku

Gələn il Yaponiya avtomobilləri xeyli bahalaşacaq

Gələn il Yaponiya avtomobilləri xeyli bahalaşacaq
# 18 dekabr 2008 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son vaxtlar dünya valyuta birjalarında Yaponiya milli valyutasının (yen) məzənnəsinin ABŞ dollarına nisbətən yüksəlməsi prosesi bu ölkədə istehsal olunan məhsulların qiymətinin artmasına səbəb olacaq.
«APA-Economics»in məlumatına görə, Yaponiya iqtisadiyyatında ixracat böyük həcmə malik olduğundan, bu proses həmçinin ixracatda qiymət artımına gətirib çıxaracaq. Qiymət artımının yeni ilin əvvəlindən başlayacağı proqnozlaşdırılır. Qiymətlərin artımı isə ilk növbədə avtomobil istehsal edən müəssisələr üzrə gözlənilir. Artıq bir çox ölkələrdə Yaponiyadan gətirilən avtomobillərin qiymətlərində artım qeydə alınıb. Beləliklə, dünyanın əsas avtomobil ixracatçılarından olan Yaponiyada milli valyutanın möhkəmlənməsi 2009-cu ilin əvvəllərindən dünya üzrə satılan Yaponiya avtomobillərinin xeyli bahalaşmasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR