Bank Of Baku

Azərbaycan yeni lokomotivlərin alınmasında Koreya istehsalına üstünlük verəcək

Azərbaycan yeni lokomotivlərin alınmasında Koreya istehsalına üstünlük verəcək
# 18 dekabr 2008 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY), Cənubi Koreyanın «Daewoo International Corporation» və «Hundai Rotem C/ompany» şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
ADDY-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycandakı lokomotivlərin mövcud vəziyyəti və elektrik lokomotivlərin cari büdcəsinə köməklik məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən ADDY-nin baş mühəndisi Qurban Nəzirov Azərbaycanla Cənubi Koreya arasında son illər genişlənən əlaqələrdən, hər iki ölkənin dəmir yolları arasında mövcud təcrübə mübadiləsindən, ADDY-da aparılan əsaslı islahatlardan və perspektiv planlardan danışıb.
Tədbirdə «Hundai Rotem C/ompany» şirkətinin baş meneceri Vu Donq-İl, köməkçi menecer Park Junq-Sub, «Daewoo International Corporation» şirkətinin menecerləri Lee Jonq-Mu və Hakan Okalmış, Koreyanın Azərbaycandakı səfirliyinin torpaq, nəqliyyat və dəniz üzrə attaşesi Kim Yonq Soq iştirak ediblər.
Müzakirələr zamanı ADDY üçün gələcəkdə yeni lokomotivlərin alınmasında Cənubi Koreya şirkətlərinin istehsalına üstünlük veriləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR