Bank Of Baku

Azərbaycanda gələn il Elmin İnkişafı Fondu fəaliyyətə başlayacaq

Azərbaycanda gələn il Elmin İnkişafı Fondu fəaliyyətə başlayacaq
# 18 dekabr 2008 13:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda Elmin İnkişafı Fondu fəaliyyətə başlayacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov məlumat verib.
M.Kərimovun sözlərinə görə, Fond elmi layihələri dəstəkləyəcək.
«Gələn ilin dövlət büdcəsində Fond üçün 7 mln. manat vəsait nəzərdə tutulub. Növbəti illərdə bu vəsait artırılacaq. Hesab edirəm ki, Fondun fəaliyyətə başlaması elmi araşdırmaları stimullaşdıracaq», - deyə M.Kərimov vurğulayıb.
AMEA prezidenti Fondun İdarə Heyətində tanınmış alimlərin təmsil olunacağını vurğulayıb. Təqdim edilən layihələr əvvəlcə anonim şəkildə müzakirə olunacaq və səmərəli layihələrin maliyyələşdirilməsi barədə qərar qəbul ediləcək.
M.Kərimov 2009-cu ildə elm sahəsində islahatların, həmçinin AMEA əməkdaşlarının əmək haqlarında artımların gözlənildiyini də vurğulayıb.
M.Kərimov gələn il AMEA-nın bir sıra institutun laboratoriyaları üçün xaricdən alınmış avadanlıqların ölkəyə gətiriləcəyini də bildirib: «AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzindədir. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinə yeni avadanlıqların alınması ilə bağlı sifarişlər verilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR