Bank Of Baku

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmenti üzrə yük daşınması yanvar-oktyabr aylarında 3% artıb

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmenti üzrə yük daşınması yanvar-oktyabr aylarında 3% artıb
# 19 dekabr 2008 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi üzrə Azərbaycan ərazisində 39,7 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 3% çox yük daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat dəhlizi ilə 158,8 mln. nəfər və ya 6,7% çox sərnişin daşınıb. Dəhliz üzrə yük daşınmasında dəmir yolu nəqliyyatı 55,1%, avtomobil nəqliyyatı 31,2%, dəniz nəqliyyatı 13,7% paya malik olub. Hesabat dövründə dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 26,5%-ni təşkil edib.
Dəhliz üzərində həyata keçirilmiş daşımalardan 217,8 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,6% çox gəlir əldə edilib. Artım dəmir yolu nəqliyyatında 12,5%, dəniz nəqliyyatında 11,4%, avtomobil nəqliyyatında isə 14,2% səviyyəsində müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR