Bank Of Baku

Bakıda uşaqların İnternetdə təhlükəsizliyi məsələsi müzakirə olunub

Bakıda uşaqların İnternetdə təhlükəsizliyi məsələsi müzakirə olunub
# 19 dekabr 2008 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Mədəd» humanitar təşkilatı və «Microsoft Azerbaijan» şirkətinin təşkilatçılığı ilə «Uşaqların İnternetdə təhlükəsizliyi» mövzusunda dəyirmi masa keçirilib.
İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, 2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində keçirilən bu dəyirmi masada uşaqların İnternetdən təhlükəsiz istifadəsi problemi geniş müzakirə olunub.
Tədbirdə İnternet təhlükəsizliyinin təminatının təhsil sisteminin informasiyalaşdırılmasında əsas faktorlardan biri olduğu vurğulanıb və qeyd olunub ki, qlobal şəbəkəyə qoşulan uşaqların təhlükəsizliyi Dövlət Proqramı çərçivəsində qurulan təhsil şəbəkəsində tətbiq edilən xüsusi texnologiyalar vasitəsilə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR