Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi azalıb

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi azalıb
# 19 dekabr 2008 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 25,3 mln. ton yük daşınıb və 2007-ci ilin analoji dövrü ilə müqayisədə yükdaşımanın həcmi 1,2% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dəmir yolunda orta hesabla sutka ərzində yüklənmiş vaqonların sayı 3,2% azalıb, boşaldılmış yük vaqonlarının sayı isə 11,5% artıb. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 8% azalma ilə, Qərb istiqaməti üzrə 9,8%, Cənub istiqaməti üzrə isə 13,4% çoxalma ilə müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR