Bank Of Baku

Sankt-Peterburqda Şimal-Cənub layihəsi üzrə Rusiya, Azərbaycan və İran işçi qruplarının görüşü keçiriləcək

Sankt-Peterburqda Şimal-Cənub layihəsi üzrə Rusiya, Azərbaycan və İran işçi qruplarının görüşü keçiriləcək
# 19 dekabr 2008 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 25-26-da Sankt-Peterburqda (Rusiya) Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycan Dövlət Dəmir Yolu (ADDY), «Rusiya Dəmir Yolları» ASC və İran Dəmir Yollarının işçi qruplarının görüşü keçiriləcək. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər toplantıda Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisinin biznes-planı və texniki iqtisadi əsaslandırma layihəsinin nəticələrini müzakirə edəcəklər.
Tədbirdə Azərbaycan nümayəndə heyətinə ADDY-nin rəis müavini İqbal Hüseynov rəhbərlik edəcək.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.
Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR