Bank Of Baku

«Azercell» abunəçiləri artıq metronun istənilən ərazisində mobil telefondan istifadə edə biləcək

«Azercell» abunəçiləri artıq metronun istənilən ərazisində mobil telefondan istifadə edə biləcək
# 19 dekabr 2008 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən «Azercell» abonentləri Bakı Metropoliteninin hər bir hissəsində telefondan istifadə edə biləcəklər.
«Azercell Telecom» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu gündən metro stansiyaları bütünlüklə «Azercell»in əhatə dairəsinə daxil olub.
Abunəçilər artıq yalnız platforma və eskalatorlar deyil, həmçinin metro stansiyalarının giriş və çıxışları, bütün tunellərdə də mobil telefonlarından danışa biləcəklər.
Bundan başqa, şirkət respublika üzrə radio baza stansiyalarının sayını artırmaqda davam edir. Belə ki, yaxın gələcəkdə sayca 1 500-cü baza stansiyası quraşdırılacaq.
Qeyd edək ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində əhalinin 99%-i, respublika ərazisinin isə 80%-ə yaxın hissəsi (işğal olunmuş əraziləri çıxmaq şərti ilə) «Azercell»in əhatə dairəsinə daxil edilib. Hazırda şirkətin 3,8 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR