Bank Of Baku

Avropa ilə Asiya arasında telefon və internet əlaqəsi kəsilib

Avropa ilə Asiya arasında telefon və internet əlaqəsi kəsilib
# 20 dekabr 2008 07:34 (UTC +04:00)
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “France Telecom” şirkəti xəbər yayıb. Şirkətdən bildirilib ki, problem Siciliya ilə Tunis arasında suyun altında kabeldə baş vermiş qırılmadan yaranıb. Siciliya ilə Misiri birləşdirən kabelin hansı səbəbdən qırıldığı hələlik məlum deyil.

Hadisə yerinə təmir gəmisi göndərilsə də, problemin tam aradan qaldırılması üçün bir neçə gün lazım gələcəyi bildirilir.

Baş vermiş qəza ilə əlaqədar Avropa-Asiya telefon və internet əlaqəsinin istiqaməti dəyişdirilib. Bu əlaqə hazırda Şimali Amerika vasitəsilə həyata keçirilir.

Hadisə ilə əlaqədar Asiya ölkələri ilə məlumat mübadiləsinin həcmi 50% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR