Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının həcmi 7% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının həcmi 7% artıb
# 20 dekabr 2008 08:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə fiziki şəxslərin - fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla - 78 mln. ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,6% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə avtomobil nəqliyyatı ilə 939,9 mln. sərnişin daşınıb. Bu göstərici də 2007-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7% çoxdur.

Sərnişinlərin 96,7%-i avtobus, 3,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Avtomobil nəqliyyatı ilə yük və sərnişin dövriyyəsində artım 8,7% səviyyəsində müşahidə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR